06/03/2024
6 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında RMİ-nun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d.,Rövşən Əlifağa oğlu Bəndəliyev “Diskret Hardi operatorunun çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında məhdudluğu və kompaktlığı haqqında” mövzusunda məruzə etdi.
Məruzədə diskret Hardi operatoru üçün çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında ikiçəkili bərabərsizliklər haqqında danışılıb. Həmçinin, bu operatorun çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında kompaktlığı məsələsindən də danışıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.