05/03/2024
13 mart 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarda professor H.M.Hüseynov “Kəsilən əmsallı Dirak tənliklər sistemi üçün səpilmənin düz və tərs məsələləri” mövzusu ilə məruzə edəcək.
Məruzədə əmsallarında baxılan parca daxilində kəsilməyə malik olan çoxölçülü Dirak sistemlərinə baxılır . Məsələnin spektral xassələri öyrənilir və spektral verilənlərə görə səpilmənin tərs məsələsinin həlli verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.