Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


13 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında professor H.M.Hüseynov “Kəsilən əmsallı Dirak tənliklər sistemi üçün səpilmənin düz və tərs məsələləri” mövzusu ilə məruzə etdi.

Məruzədə əmsallarında baxılan parca daxilində kəsilməyə malik olan çoxölçülü Dirak sistemlərinə baxılıb . Məsələnin spektral xassələri öyrənilir və spektral verilənlərə görə səpilmənin tərs məsələsinin həlli verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər