Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasınının 1202.01-Analiz və funksional analiz ixtisasında elmi seminarının 24 aprel 2024-cü il tarixli iclasında Könül Fail qızı Abdullayevanın “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorlar üçün spektral ayrılışların yığılması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclasın sədri fizika-riyaziyyat elmlər doktoru, professor Alik Nəcəfov iclası açaraq sözü Könül Abdullayevaya vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığı, işdə alınan əsas nəticələr haqqında məlumat vermişdir.

Rəyçilər fizika-riyaziyyat elmlər doktoru, professor Rövşən Bəndəliyev və fizika-riyaziyyat elmlər doktoru, professor Rəhim Rzayevin təqdim etdikləri rəylər müsbətdir. Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar. Gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər