23/04/2024
Bir may 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda tanınmış alim, Avstraliya Federasiya Universitetinin professoru Adil Bağırov “Rəqəmsal optimallaşdırma və onun tətbiqləri üçün dəstə üsulları” mövzusunda məruzə edəcəkdir.
Məruzədə, məqsəd funksiyalarının iki qabarıq funksiyanın fərqi şəklində göstərildiyi qeyri-məhdud optimallaşdırma məsələlərinə baxılır. Dəstə üsullarının genişləndirilməsi və qabarıq alqoritmin fərqi də daxil olmaqla belə məsələləri həlli etmək üçün yeni üsullar müzakirə edilir. Bu üsullar üçün yaxınlaşmaya dair nəticələr də təqdim edilir. Komputerdə öyrənilməkdə olan üsulların bəzi ədədi nəticələri və tətbiqləri verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.