Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycanı “Qlobal Təqaüd Forumu”nda təmsil edib


5-6 may tarixlərində “BMI/Global Education-Times Higher Education” tərəfindən London şəhərində “Global Scholarship Forum” keçirilib. Forumda dünyanın 50-a yaxın ölkəsindən ali təhsil sahəsində təqaüd təklif edən dövlət qurumlarının, o cümlədən nüfuzlu ali təhsil müəssisələrinin idarəçiləri iştirak edib.

Forum çərçivəsində keçirilən görüşlərdə iştirakçı ölkə və universitetlərin nümayəndələri ilə Azərbaycanın ali təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi, tərəfdaş ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının təsis edilməsi, elmi tədqiqat layihələrində birgə fəaliyyətin təşviqi, tələbə, müəllim və tədqiqatçıların mübadiləsi, xaricdə təhsil təqaüd imkanları müzakirə edilib. İştirakçılara Azərbaycanın donor ölkə kimi xarici ölkə vətəndaşlarına təklif etdiyi təqaüd imkanları və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” barədə təqdimat edilib.

Qeyd edək ki, sözügedən forumda Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov təmsil edib.

edu.gov.az

Faydalı linklər