Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


15.05.2024-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Maye və qaz mexanikası” şöbəsinin baş elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə, heterogen sistemlərin axınlarında və laydaxili qaz əmələgəlmələrdə reokinetik xüsusiyyətlər, sıxışdırma və suffoziya prosesləri üçün effektiv innovativ sənaye texnologiyalarının tədqiq nəticələri təqdim olunacaq. Laydaxili qaz əmələgəlmə zamanı qeyri-tarazlıq effektlər və flüidlərin heterogen məsaməli mühitlərdən sıxışdırılması və neft veriminin artırılması məsələlərinə baxılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər