Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mayın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirildi.


Mayın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun seminarında Türkiyə Cümhuriyyəti, Gebze Texnoloji İnstitutunun Riyaziyyat bölməsinin əməkdaşı  Mənsur İsmayılovun “Üç-dalğa qarşılıqlı təsirinin xətti sistemi üçün tərs səpilmə məsələsi və onun bəzi tətbiqləri”  mövzusunda məruzəsi dinlənilib.

Məruzədə üç tənlikdən ibarət birtərtibli hiperbolik sistem üçün bütün oxda və bərabər sürətli iki gələn dalğa halında yarımoxda tərs səpilmə məsələləri,bütün oxda və yarımoxda səpilmə operatorlarının təyin olunması və potensialın yeganə şəkildə tapılması, tərs səpilmə  məsələlərinin Gelfand-Levitan-Marçenko tip tənliklərə gətirilməsi haqqında məlumat verilib.

Faydalı linklər