19/05/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 17 may 2024-cü il tarixli iclasında Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” mövzusunda 1211.01 -Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.
Rəsmi opponentlər: professor Nizaməddin İsgəndərov, dosent Elvin Əzizbəyov və f.-r.e.n. Nazim Cəfərov öz müsbət rəylərini səsləndirdilər.
Dissertasiya Şurasının üzvlərindən professor Aslanov Həmidulla, professor Hüseynov Hidayət, professor Sadıqov Misrəddin və f.-r.e.n. Quliyev Əbdürrəhim çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.