![](https://www.imm.az/exp/wp-content/uploads/2023/12/22.jpg)
21/05/2024
22 may 2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Rəşid Əvəzağa oğlu Əliyev “Orliç fəzalarında harmonik analizin bəzi operatorlarının məhdudluğu” mövzusunda məruzə edəcəkdir.
Məruzə harmonik analizin əsas operatorlarından olan kəsr-maksimal operatorun, Riss potensialının və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğuna həsr olunacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.