Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin Baş Assambleyasının konfransı keçirilir


17-18 may tarixində Bakıda Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin (CEENQA) Baş Assambleyasının ikigünlük konfransı keçirilib.

Konfransda transsərhəd akkreditasiyada tendensiyalar və problemlər, transsərhəd əməkdaşlıq, xarici ixtisasların tanınması üçün təcrübələr, beynəlxalq akkreditasiya və ali məktəblər üçün strateji planlaşdırma və digər mövzular müzakirə olunub.

Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA İdarə Heyətinin üzvü Ülkər Səttarova beynəlxalq əlaqələrin gücləndirilməsi, Avropa məkanında vahid attestasiya meyarları, agentliklər arasında əməkdaşların mübadiləsi, akkreditasiya sahəsində olan mütəxəssislər tərəfindən sistemli yanaşmanın tətbiqi baxımından konfransın önəmini vurğulayıb.

Konfransın ikinci günündə isə növbəti görüşün keçiriləcəyi tarix və şəhərin müəyyən edilməsi, həmçinin idarə heyətinə yeni prezident, vitse-prezident və üzvlər seçilməsi üçün İdarə Heyətinin daxili görüşü keçirilib.

edu.gov.az

Faydalı linklər