Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


29 may 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda RMİ-nun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi riyaziyyat üzrə fəlsəfə doktoru Nazim Cəfərov “Paraboloid tipli oblastlarda kəsilən əmsallı 2-ci tərtib divergent strukturlu parabolik tənliklər üçün birinci sərhəd məsələsinin həllərinin Hölder fəzasına daxil olması meyarı” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə “Paraboloid tipli oblastlarda kəsilən əmsallı 2-ci tərtib divergent strukturlu parabolik tənliklər üçün birinci sərhəd məsələsinin Qrin funksiyası funksional sıra şəklində qurulmuşdur,onun yığılması və dəqiq qiymətləndirilməsi tapılmışdır.

Bundan əlavə, birinci sərhəd məsələsinin həllərinin Hölder sinfinə daxil olması üçün zərüri və kafi şərt tapılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər