02/06/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 31 may 2024-cü il tarixli iclasında Arəstə Şarıza qzı Həbibovanın “Parabolik və hiperbolik tip tənliklər üçün bəzi tərs məsələlərin korrektliyinin tədqiqi” mövzusunda 1211.01 -Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.
Rəsmi opponentlər: professor Nazim Kərimov, professor Yaşar Mehrəliyev və f.-r.e.n., dos. Vaqif Məstəliyev öz müsbət rəylərini səsləndirdilər.
Dissertasiya Şurasının üzvlərindən akad.Yusif Məmmədov, professorlar: Həmidulla Aslanov, Nizaməddin İsgəndərov və Hamlet Quliyev çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.