03/06/2024
05.06.2024-ci il saat 10:00-da Çexiyanın Palacky Universitetinin “Cəbr və həndəsə” bölməsinin professoru, Dr. Sc. Josef Mikes, Həndəsə “Geodezik inikaslar və onların ümumiləşdirilməsi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə, geodezik inikasların və holomorf-proyektiv çevrilmələrin əsas tənlikləri veriləcək. Həm qlobal, həm də lokal olaraq bu inikaslara və çevrilmələrə nəzərən fəzaların birqiymətli təyin olunması məsələsinə baxılacaq. Eynşteyn fəzaları ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.