Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb


Avropa Birliyi öz yeni strukturu olan Süni Zəka İdarəsini təsis edib. Bu idarə Avropanın növbəti illərdəki süni zəka ekosisteminin formalaşdırılmasında vacib rol oynayacaq. Süni Zəka İdarəsi Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsinə istiqamətlənərək yaradılıb. Bu idarə iki funksiyanı yerinə yetirəcək. Süni zəka ilə bağlı riskləri tənzimləmək və bu sahədə innovasiyaların tətbiqində iştirak etmək. Bu idarə həmçinin qlobal təsirin göstərilməsinə də hədəflənib. Belə ki, bir çox ölkə süni zəkanın idarəsi mövzusunda fərdi üsulları tətbiq edir. Məlumata əsasən Avropa Birliyi tərəfindən yaradılmış yeni idarə 5 əsas şöbədən təşkil olunacaq.

Birinci şöbə Avropa Birliyinə üzv ölkələrdə süni zəka ilə bağlı qaydalara riayət olunub-olunmadığına nəzarət edəcək. Sözügedən şöbə beynəlxalq tənzimləyici orqanlarla əlaqədə olacaq, qanunvericiliyin təmin olunması üçün onlarla əməkdaşlıq edəcək və mümkün qayda pozuntularının istintaqını aparacaq. Bu şöbə həmçinin mümkün qayda pozuntularına yol vermiş təmsilçilərə sanksiyaların təyin edilməsi hüququna da sahib olacaq. İkinci şöbə AI Safety adlanır və o, ChatGPT kimi aparıcı süni zəka modelləri tərəfindən ola biləcək risklərin analizinə və təhlükəsizliyə hədəflənəcək.

Mütəxəssislər bu cür süni zəka modellərinin sistem risklərini təyin etməyə, aşkar ediləcək risklərin aradan qaldırılmasına hədəflənmiş tədbirlərin hazırlanmasına və süni zəka modellərinin test olunmasına istiqamətlənəcəklər. Excellence in AI and Robotics adlı üçüncü şöbə Avropa Birliyində süni zəka sahəsində texnologiyalar ilə elmi tədqiqatları maliyyələşdirəcək və onları koordinasiya edəcək. Bu şöbə üstəlik aparıcı süni zəka modellərinin təlimatlandırılmaları üçün Avropadakı superkompüterlərin təkmilləşdirilməsi ilə də məşğul olacaq. AI for Social Good adlı dördüncü şöbə“cəmiyyətin rifahı” mövzusuna istiqamətlənib. Bu şöbə süni zəka texnologiyalarının istifadəsi sayəsində müsbət sosial effektin əldə edilməsinə hədəflənmiş böyük layihələr ilə məşğul olacaq

Bura, tibbi diaqnostika, havanın modelləşdirilməsi, mədəni irs obyektlərinin bərpası və s. kimi sahələrdə olan layihələr daxil ola bilərlər. Beşinci şöbə süni zəka sahəsindəki innovasiyalar və siyasətin koordinasiyası ilə bağlıdır. Bu şöbə Avropa Birliyinin süni zəka sahəsindəki strategiyasının təşkilində iştirak edəcək. O, sənaye, startapların dəstəyi və innovasiyalı ekosistemlərin yaradılması kimi sahələrdə süni zəka texnologiyalarının tətbiqini stimullaşdıran tendensiya və investisiyaları monitorinq edəcək. Avropa Birliyinin bu yeni idarəsi artıq öz əməkdaşlarını yığmağa başlayıb. Hal-hazırda idarədə 60 nəfər şəxs çalışır. Yaxın illərdə idarənin işçi heyyəti 140 nəfərə yüksəlməlidir. İdarənin işçi heyyəti texniki mütəxəssislərdən, hüquqşünaslardan, iqtisadçılardan və digər  mütəxəssislərdən təşkil ediləcək.

technote.az

Faydalı linklər