Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


05 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda Çexiyanın Palacky Universitetinin “Cəbr və həndəsə” bölməsinin professoru, Dr. Sc. Josef Mikes,Geodezik inikaslar və onların ümumiləşdirilməsi”mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə, geodezik inikasların və holomorf-proyektiv çevrilmələrin əsas tənlikləri verilmişdir. Həm qlobal, həm də lokal olaraq bu inikaslara və çevrilmələrə nəzərən fəzaların birqiymətli təyin olunması məsələsinə baxıldı. Eynşteyn fəzaları ilə bağlı məsələlərə xüsusi diqqət yetirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər