Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutu nəzdində elmlər dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların  müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 07 iyun 2024-cü il tarixli iclasında Səadət Əlibəndə qızı Nuriyevanın “Həyəcanlanmış triqonometrik sistemlərin funksiyaların bəzi qeyri-standart fəzalarında bazislik xassələri” mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər: professor Alik Nəcəfov, r.e.d.,dos. Miqdad İsmayılov və r.ü.f.d. Elçin İbadov öz müsbət rəylərini səsləndirdilər.

Dissertasiya Şurasının üzvlərindən AMEA-nın müxbir üzvü professor Bilal Bilalov, professor Hamlet Quliyev və dossent Rövşən Bəndəliyev çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər