Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


12 iyun 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda f.r.-e.d., professor Heybətqulu Mustafayev “Qeyri klassik spektral nəzəriyyənin bəzi məsələləri haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə, Banax fəzasında təsir edən izometriyaların, hermit və dissipativ operatorların bəzi spektral xassələrindən bəhs ediləcəkdir. Bundan başqa, lokal spektral nəzəriyyənin bəzi məsələlərindən də danışılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər