12/06/2024
12 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda f.r.-e.d., professor Heybətqulu Mustafayev “Qeyri klassik spektral nəzəriyyənin bəzi məsələləri haqqında” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzədə, Banax fəzasında təsir edən izometriyaların, hermit və dissipativ operatorların bəzi spektral xassələrindən bəhs edildi. Bundan başqa, lokal spektral nəzəriyyənin bəzi məsələlərindən danışıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.