21/06/2024
Cari ildə Yay fəsli Azərbaycana 21 iyun saat 00:50-də daxil olacaq.
AR ETN N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, həmin gün Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa gündüz və ən uzun gecə olur. Sonra gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir. Yay günəşduruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır.
Yerin orbit müstəvisi və fırlanma oxu ~23,5 dərəcə meylli olduğunundan ekvatorda ilboyu gecə və gündüz 12 saat olur. Qütblərə doğru getdikcə isə bu fərq artaraq yay günəşduruşu günü 24 saata çatır. Nəticədə Şimal yarımkürəsində bu gün 24 saat gündüz, Cənub yarımkürəsində isə 24 saat gecə olur.
Qeyd edək ki, Bakı üçün 21 iyunda gündüzün uzunluğu 15 saat 3 dəq 23 san, gecənin uzunluğu isə 8 saat 56 dəq 37 san olacaq.
science.gov.az