Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahov Ufa şəhərində (RF, Başqırdıstan) keçirilən beynəlxalq konfransda iştirak etdi


Uzun illərdir ki, Azərbaycan və Başqırdıstan alimləri elm və texnikanın müxtəlif sahələrində əməkdaşlıq edirlər. Xüsusilə, Riyaziyyat və Mexanika İnstitutu ilə Ufa Dövlət Neft Texniki İnstitutunun əməkdaşları arasında səmərəli elmi və təcrübə-tətbiqi əlaqələr yaranmışdır.

Təşkilatlar arasında bağlanılan elmi-texniki əməkdaşlıq sazişi çərçivəsində АMEA-nın müxbir üzvü Qeylani Pənahov Ufa şəhərində keçirilən “Karbohidrogen potensialının inkişafı – yaşıl texnologiyalar” beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir. Konfransının təşkilat komitəsinə üzv seçilən prof. Qeylani Pənahov 21-23 may 2024-cü il tarixlərində konfransda iştirak edərək, plenar iclasda “Azərbaycan və Başqırdıstan tədqiqatçılarının enerji səmərəli karbohidrogen texnologiyalarının işlənib hazırlanmasında elmi-praktik əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Ufada keçirilən tədbirlər çərçivəsində professor Qeylani Pənahov 22 May 2024-cü il tarixində “Neft. Qaz. Texnologiya” Başqırdıstan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisini ziyarət etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər