24/06/2024
Elşad Hətəm oğlu Eyvazov 01 aprel 1949-cu ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olub. 1966-cı ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) “Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.1974-cü ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş laborant,kiçik elmi işçi,baş elmi işçi vəzifələrində çalışıb. Halhazırda RMİ-nun “Funksional analiz” şöbəsində baş elmi işçisi vəzifəsində çalışır.
2016-cı ildə “Kvant mexanikasının bəzi diferensial operatorlarının spektral xassələri haqqında” mövzusu ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elşad Eyvazov 70-ə yaxın elmi məqalələrin müəllifidir. Məqalələri Rusiya Federasiyası, Ukrayna, İngiltərə və ABŞ-nın nüfuzlu jurnallarında çap olunub.
İnstitutun kollektivi Elşad Eyvazovu 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.