25/06/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunda Elmi Şurasının növbəti iclası keçirilib. Iclasda İnstitutunun 2024-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı dinlənilib. Elmi Şuranın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası açıq elan edərək, Şura üzvlərini salamlayıb, gündəlikdə duran məsələləri onların diqqətinə çatdırıb.
İclasda institutda görülən işlər, şöbələrdə yerinə yetirilən tədqiqat işləri, çap olunan kitablar, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq və beynəlxalq elmi-mədəni əlaqələr, elektron elmin vəziyyəti, kadr hazırlığı, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Sonra Elmi müəssisənin şöbə müdirləri 2024-cü ilin altı ayı ərzində görülən işlər barədə hesabatla çıxış ediblər.
Sonda Elmi Şuranın qərarı ilə hesabat qənaətbəxş hesab olunaraq təsdiq edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.