Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfər edib” başlıqlı icmal təqdim edilib.

Bügünkü sayda ilk səhifələrdə Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında kitablarının təqdimatı, “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” – 950” və “Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzularında beynəlxalq konfranslarla bağlı yazılar yer alıb.

Qəzetdə akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya və “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr” mövzusunda dəyirmi masaya aid  yazılar, eləcə də digər görüşlərə dair xəbərlər dərc edilib.

Həmçinin bu sayda AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın müəllifi olduğu görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan “Yaşıl dünya” tədqiqatlarına böyük töhfələr vermiş alim” adlı məqalə, professor Rəna Mirzəzadənin “Şuşa Bəyannaməsinə Qars müqaviləsindən gələn yol: siyasi-hüquqi və hərbi-təhlükəsizlik strategiyası” məqaləsi və digər tədbirlərə dair informasiyalarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində məqalə, icmal, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair xəbərlər təqdim olunub.

science.gov.az

Faydalı linklər