31/07/2024
“Google” bu yaxınlarda daha bir yeniliyə imza atıb. Belə ki, məşhur axtarış sisteminin tərtibatçıları VLOGGER adlı yeni süni zəka modeli yaradıblar.
Sözügedən süni zəka modeli yalnız bir fotonun əsasında video tərtib etməyə imkan verir. Hətta bir fotonu belə süni zəka sintez olunmuş səs, hərəkət və real görünən emosiyalar vasitəsilə canlandıra bilir. Şirkətin tərtibatçıları bildiriblər ki, VLOGGER ayrı-ayrı şəxslərin animasiyaları üçün təlimatlandırmaya ehtiyac duymur və insan üzünün skanına əsaslanmır. Süni zəka videonu geniş seçimdə ssenariləri analiz edərək tərtib edir.
Həmin ssenarilər insanın nitq prosesində düzgün şəkildə sintez olunması üçün vacib rol oynayır. VLOGGER videonun avtomatik şəkildə müxtəlif dillərə səsləndirilməsi, videonun redaktə olunması və hətta bir foto əsasında çoxlu sayda videonu tərtib edilməsi kimi bir çox imkanlara malikdir. Lakin qeyd etmək lazımdır ki, sözügedən süni zəka modeli tərəfindən tərtib edilən videolar olduqca qısadır. Bununla yanaşı, videolarda fon statik olaraq qalır. İnsanların danışıq tərzləri və mimikaları real görünsə də süni zəkanın bu prosesdə iştirakını asanlıqla anlamaq olar.
respublika-news.az