Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə “Scopus AI” istifadəyə verilib


Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib.

“Scopus AI” akademik heyət, tədqiqatçı və tələbələrə istənilən mövzuda axtarış aparmağa, elmi fakt, məqalələrə əsaslanan xülasələr əldə etməyə imkan verir. Bu xidmət sayəsində istifadəçilər minlərlə məqalədə mövcud olan məlumatların ümumiləşdirilmiş təsvirini bir anda əldə edə və bir neçə saniyə içərisində oxuya biləcəklər.

Qeyd edək ki, “Elsevier” şirkəti tərəfindən yaradılmış sistem ölkəmizdə 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib.

edu.gov.az

Faydalı linklər