11/08/2024
Mirzəzadə İradə Hətəm qızı 11 avqust 1964-cü ildə Azərbaycan Respublikasında Bakı şəhərində anadan оlmuşdur.1981-ci ildə Yasamal rayonu 20-saylı orta məktəbini bitirmişdirş. 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Maşın qayırma” fakultəsinə daхil оlmuş, 1987-ci ildə təhsilini başa vurmuşdur. 2008-ci ildə Milli Elmlər Akademiyasının “Riyaziyyat və Meхanika” İnstitutunda dissertant təyin olunmuşdur.2014-cü ildə “Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin izlənməsi(dəm qazı timsalında)” mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 14 oktyabr 2016-cı il tarixli(Protokol№21-k) qərarı ilə sistemli analiz,idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə dosent elmi adı verilmişdir. AMEA-nın Riyaziyyat və Mexanika institutunda 1985-ci ildən böyük mühəndis, mühəndis-proqramlaşdırıcı, elmi işçi, böyük elmi işçi, “Tətbiqi riyaziyyat” şöbəsində aparıcı elmi işçi işləyib.
Hal-hazırda İradə xanım Riyaziyyat və Mexanika İnatitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır. İ.Mirzəzadənin 45 elmi işi nüfuzlu jurnallarda dərc olunmuşdur.
İradə xanım yüksək insani keyfiyyətləri ilə, dərin daxili mədəniyyəti və ünsiyyətdə olan hər bir insanın ona qarşı olan böyük hörmətini və ehtiramını qazanıb.
Hörmətli İradə xanım! İnstitutun kollektivi Sizi 60 yaşı tamam olması münasibətilə təbrik edir, insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi və ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.