Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Süni intellekt dilə baxmaqla xəstəliklərə diaqnoz qoyacaq


Tədqiqatçılar bu dəfə dil şəkillərini maşın öyrənmə üsulu ilə təhlil edərək bəzi xəstəliklərə 98 faiz dəqiqliklə diaqnoz qoymağı bacaran süni intellekt sistemi hazırlayıblar.

Sağlamlıq diaqnozunun qədim formasını müasir maşın öyrənməsi ilə yeniləyən tədqiqatçılar yalnız dilin şəkilləri əsasında müəyyən xəstəlikləri aşkar edə biləcəklər. Sistemin dəqiqlik səviyyəsinin mükəmməl olduğu bildirilir.

Ümumiyyətlə, tibdə uzun illərdir ki, dilə baxmaqla bəzi xəstəliklərə diaqnoz qoyulur. Çünki dilin rəngi və forması bədəndə baş verən proseslərlə bağlı mühüm məlumatlar verə bilir. Bu texnika 17-ci əsrdə qərb təbabətində populyarlıq qazansa da əslində ənənəvi Çin təbabətində təxminən 1115-ci ildən istifadə olunur.

respublika-news.az

Faydalı linklər