Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Yeni süni intellekt aləti vasitəsilə xərçəng hüceyrələri, nanomiqyasda aşkarlana biləcək


Çin və İspaniyadan olan tədqiqatçılar, AINU (Hüceyrə nüvəsi süni intellekti) adlı yeni süni intellekt vasitəsinin köməyi ilə xərçəng hüceyrələrini və virus infeksiyalarını nanomiqyasda aşkar etməyin mümkün olduğunu bildiriblər.
Nature Machine Intelligence jurnalında dərc olunan araşdırmada, İspaniyanın Genom Tənzimləmə Mərkəzi (CRG), Donostia Beynəlxalq Fizika Mərkəzi (DIPC), Bask Regional Universiteti (UPV/EHU) və Çinin Cənubi Tibb Universitetinin alimləri, AINU-nun hüceyrələrdə insan saçının genişliyindən 5 min dəfə daha kiçik dəyişiklikləri müşahidə edə bildiyini qeyd edib.

Tədqiqatçılar, müxtəlif situasiyalarda bir çox hüceyrə nüvəsinin nano rezolyusiyaya malik şəkillərini AINU-ya yüklədiklərini və süni intellekt vasitəsinin şəkilləri müqayisə edərək xərçəng hüceyrələrini və virus infeksiyalarını aşkarlaya bildiyini bildiriblər. Məqalə müəlliflərindən biri, Bask Regional Universitetinin Kompüter Elmləri və Süni İntellekt Departamentinin elmi işçisi Ignacio Arganda Carreras, infeksiyanın aşkarlanmasının uzun vaxt tələb etdiyini, çünki həkimlərin xaricdən görünə bilən simptomlar və ya bədəndə müşahidə edilən daha böyük dəyişikliklərə əsaslanaraq diaqnoz qoyduqlarını bildirərək “AINU-nun köməyi ilə hüceyrə nüvəsindəki ən kiçik dəyişiklikləri dərhal müşahidə edə bilərik” deyə ifadə edib.

Tədqiqatçılar, AINU sayəsində hüceyrə nüvəsindəki xərçəng və infeksiyaların aşkarlanmasının asanlaşdığını bildirərkən, süni intellekt alətlərinin istifadəsində bəzi iqtisadi və texniki maneələrin olduğunu qeyd edirlər. Bu maneələrdən biri AINU-da istifadə edilən nano-rezolyasiyalı şəkillərin əldə edilməsinin çox bahalı proses olması, digəri isə süni intellekt vasitəsinin eyni anda yalnız bir neçə hüceyrəni təhlil edə bilməsidir.

technote.az

Faydalı linklər