Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnsan şüurunu idarə edə bilən cihaz hazırlanıb


Cənubi koreyalı alimlər dünyada bir ilkə imza ataraq insan şüurunu idarə edə bilən cihaz hazırlayıblar. Cihazın zənn edilənin əksinə olaraq yaxşı məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Belə ki, o, beynimizin necə fəaliyyət göstərdiyini aşkara çıxara bilər. Tədqiqatçılar gələcəkdə bu cihazdan hətta nevroloji xəstəliklərin müalicəsində də istifadə edilə biləcəyini söyləyirlər.

“Neurodinamika üçün Nano-Minetogenetic interfeys” və ya “Nan-Non-MND” kimi adlandırılan aparat maqnit sahələr vasitəsilə beyni idarə etmək bacarığına malikdir. Yeni texnologiya beynin bəzi funksiyalarına, o cümlədən emosiyalara, emosional davranışlara və idraka təsir edir.

Məlumat üçün qeyd edək ki, insan beyni mürəkkəb bir şəbəkədə bir-birinə bağlı 100 milyarddan çox neyrondan ibarətdir. Yeni cihaz daha yüksək beyin funksiyalarını anlamaq potensialına sahibdir və müxtəlif beyin pozğunluqlarının səbəblərini müəyyən etmək üçün istifadə oluna bilər.

respublika-news.az

Faydalı linklər