05/09/2024
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin UNESCO-nun Rəqəmsal Öyrənmə Həftəsində iştirakı davam edir.
Tədbirin ikinci günündə nümayəndə heyəti təhsilin rəqəmsallaşdırılması, süni intellektin təhsildə istifadəsi, yaşıl və rəqəmsal çağırışlar mövzuları üzrə bir sıra plenar sessiyalarda iştirak edib.
Tədbir çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO-nun Baş Konfransının sədri Simona Miculescu və UNESCO-nun baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb. Görüşlər zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, növbəti günlərdə digər ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
UNESCO Rəqəmsal Öyrənmə Həftəsi 5 sentyabr tarixinədək davam edəcək.
edu.gov.az