11/09/2024
12.09.2024-ci il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin dissertantı Aygün İsvahan qızı Ağamalıyeva “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə iki sinif xətti tənliklər sistemi üçün qoyulmuş Koşi məsələsinin həllinin göstərilişinin alınması, populyasiyanın dinamikası iki ölçülü birtərtibli inteqro-diferensial tənliklər sistemi və onların diskret analoqları ilə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq şərtləri şərh olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.