Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda seminar keçirilib


12.09.2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin dissertantı Aygün İsvahan qızı Ağamalıyeva “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda məruzə edib.

Məruzədə iki sinif xətti tənliklər sistemi üçün qoyulmuş Koşi məsələsinin həllinin göstərilişinin alınması, populyasiyanın dinamikası iki ölçülü birtərtibli inteqro-diferensial tənliklər sistemi və onların diskret analoqları ilə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq şərtləri şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər