Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi ilə növbəti əməkdaşlıq imkanları müzakirə olunub


Sentyabrın 12-də elm və təhsil naziri Emin Əmrullayev və “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari vəziyyəti, həmçinin THE ilə növbəti əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi tərəfindən elm və təhsil nazirinə “THE Impact 2024” reytinqində 17 Dayanıqlı İnkişaf Məqsədlərinin hər biri üzrə Azərbaycan ali təhsil müəssisələrinin uğurlu nəticələrini əks etdirən sertifikat təqdim olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Faydalı linklər