17/09/2024
Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar, 3D printerdən istifadə edərək metal ehtiyat hissələri istehsal etməyi bacarıblar.Kosmosda 3D printer ilə bir şey hazırlamaq çox çətin bir prosesdir və Yerdəki nümunələrindən olduqca fərqli şəkildə hazırlanır. Məsələn, yer üzündə ərimiş metalın formalaşmasında cazibə qüvvəsi mühüm rol oynasa da, ISS-də cazibə qüvvəsi yoxdur. Bundan əlavə, ərimiş metalın kosmik mühitdə necə davranacağını proqnozlaşdırmaq asan deyil.Alimlər, bu çətin şəraitdə işləmək üçün müxtəlif üsullar inkişaf etdirməli olublar. Temperaturu 1200 dərəcəyə çata bilən nazik paslanmayan polad məftil ilk öncə lazerlə əridilib və daha sonra bu ərimiş metaldan istənilən formalar hissə-hissə yaradılıb.
Komanda sistemi aylarla sınaqdan keçirdikdən sonra nəhayət ki, çap maşınını mikroqravitasiya mühitinə uyğunlaşdırmağa müvəffəq olub. İlk metal parça isə 2024-cü ilin avqustunda çap olunub. Komandanın məqsədi daha 2 hissəni çap etmək və bu hissələri keyfiyyətə nəzarət üçün dünyaya göndərməkdir. Bu üsullar, daha da inkişaf etdikdə, kosmosda və orbitdə olan avtomobillərdə təmir işləri asanlaşacaq. Bundan əlavə, gələcəkdə Ayda yaradılacaq bazalarda oxşar texnologiyaların olması müstəmləkəçilik proseslərini daha da sürətləndirmək potensialına malikdir.
technote.az