20/09/2024
Bugün “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Günay Qəfil qızı İsmayılova “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda məruzə edib.
Məruzədə ikitərtibli hiperbolik və elliptik tənliklər üçün bəzi tərs sərhəd məsələlərinin optimal idarəetmə məsələlərinə gətirilməsi və onların optimal idarəetmə nəzəriyyəsinin üsullarının köməyilə tədqiq olunması şərh olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.