Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksional analiz” şöbəsinin baş elmi işçisi Çexiyada elmi ezamiyyətdə olub


Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun “Funksional analiz” şöbəsinin baş elmi işçisi Soltan Əliyev 06-14 sentyabr 2024-cü il tarixlərində Çex Respublikasının Brno şəhərində elmi ezamiyyətdə olub. Alim 09-10 sentyabr-da keçirilən “XXX IX İnternational Conference Problems of Decision making under uncertaintles” (PDMU-2024) beynəlxalq konfransda iştirak edib.

S.Əliyev “On confergense of Bellman- Harris processes to continuon state space brakching process” və “Stochastik addition functionals of multitype age-dependent branching processes” mövzusunda məruzələrlə çıxış edib. Konfransda ukraynalı professorlar A.Q.Nakoneçni, İ.Q.Xanin, polşalı alim M.Bratiyçuk və tədbir iştrakçılarının marağına səbəb olan bir sıra məruzələr ətrafında fikir mübadiləsi aparılıb, gələcək tədqiqatların istiqamətlərinə dair tövsiyələr səsləndirilib.

Soltan Əliyev məruzələrlə bağlı ona ünvanlanan sualları da cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər