30/09/2024
02 oktyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda akademik Yusif Məmmədov “Adi diferensial operatorların spektral nəzəriyyəsinin bəzi klassik problemləri” mövzusunda məruzə edəcək.
Məruzədə Birkhoff-Tamarkin nəzəriyyəsinin bəzi həll olunmamış problemləri və onların öyrənilməsi zamanı yaranan əsas çətinliklər müzakirə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.