Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII) RespublikaElmi Konfransı keçiriləcək


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Yaşıl dünya naminə həmrəylik ilinə həsr edilmiş “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika Elmi Konransı keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsədi doktorantura səviyyəsində təhsilalanların və gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətlərinin nəticələrinin ölkədəki elm adamları ilə müzakirəsini təşkil etmək, elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanları yaratmaqdır.
Konfrans bütün elm sahələrini əhatə edir. Yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl bacarıqlar və yaşıl həyat mövzularındakı tezislərə üstünlük veriləcəkdir.

Konfransla əlaqəli tarixlər:

Tezislərin qəbulu üçü son tarix: 10.11.2024

Qəbul olunmuş tezislərin elanı üçün son tarix: 21.11.2024

Konfrans proqramının elan olunması: 27.11.2024

Kimlər iştirak edə bilər?

Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.
Konfransa tezis ilə müraciətlər [email protected] elektron poçt adresinə edilir. Mövzu yerinə tezisin adı yazılır. Konfransın əsasnaməsi : keçid linki

Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı elektron poçt ünvanına yaza bilərsiniz. [email protected]

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər