Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsviri” mövzusunda Ümuminstitut seminarı keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda məruzə edib.

Məruzədə kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan funksiyalar ilə təsvirindən bəhs olunub. Həmçinin b-kommutator funksiyanın Lipşitz fəzasından olması üçün kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında məhdudluğunun zəruri və kafi şərt olması göstərilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər