14/10/2024
Oktyabrın 12-də 2024-cü il tarixində Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun 32 nəfər əməkdaşı Quba və Qusar rayonlarında səfərdə olub. Səfər əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə institutun Həmkarlar Təşkilatı tərəfindən həyata keçirilib.
Gəzintidə iştirak edənlər “Dəyirman” və “Ranço” istirahət mərkəzlərində nahar və şam yeməklərini yeyiblər. Gəzinti maraqlı anlar ilə yadda qalıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.