21/10/2024
23.10.2024- cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Yarım ayrılan və ayrılmayan sərhəd şərtli Şturm-Liuvil operatorunun spektral xassələri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə müxtəlif sərhəd şərtli ikinci tərtib diferensial operatorlar üçün düz və tərs spektral məsələlərə dair son illərdə alınmış elmi nəticələr barədə məlumat vermək nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.