Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçirildi


23.10.2024- cü  il  tarixində Azərbaycan Respublikası Elm və Təhsil  Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev  İbrahim Mayıl oğlu “Yarım ayrılan və ayrılmayan sərhəd şərtli  Şturm-Liuvil operatorunun spektral xassələri” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə müxtəlif sərhəd şərtli ikinci tərtib diferensial operatorlar üçün düz və tərs spektral məsələlərə dair son illərdə alınmış elmi nəticələr barədə məlumat verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər