11/09/2024
11 sentyabr 2024-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilmişdir.
İmtahanın keçirilməsi məqsədilə RMİ-nin baş direktorunun əmrinə əsasən müvafiq ixtisas üzrə qəbul komissiyası yaradılmışdır. AMEA-nın müxbir üzvü Qeylani Pənahov, mexanika elmlər doktoru Elxan Abbasov, texnika elmlər namizədi Eldar Abbasov və Misir Mərdanovun sədrliyi ilə keçirilən imtahanında 2003.01-“Maye,qaz və plazma mexanikası” ixtisası üzrə 1 nəfər iddiaçı iştirak etmişdir.
İddiaçının nəticələri məqbul qiymətləndirilmiş və imtahan uğurla başa çatmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.