Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Havadan karbon qazını uda bilən toz


ABŞ-ın Berkli Universitetinin alimləri atmosferdən karbon qazını (CO2) rekord səviyyədə uda bilən toz hazırlayıblar.

Hazırda atmosferdən karbon qazının çox miqdarda yığılması prosesi olduqca baha başa gəlir. Bununla belə, prosesin effektivliyi də sual altındadır. Qeyd edək ki, CO2 qazı atmosferdə parnik effektinin əsas katalizatorudur. Qlobal istiləşmə və iqlim dəyişmələrinin əsas səbəblərindən biri də budur. Tədqiqatçıların 30 il ərzində hazırladıqları COF-999 adlı toz atmosferdən sözügedən qazın yığılma prosesini optimallaşdırır. Tozun kommersiya məqsədli istifadəsinə bir neçə ildən sonra start verilə bilər.

Mütəxəssislər bildiriblər ki, tozun 60 dərəcə Selsi temperatura kimi qızdırılması halında onun udduğu karbon qazı yenidən havaya buraxılır. Hətta bundan sonra da toz qazı təkrar udmağa davam edir. Bu prosesi 100 dəfə təkrarlamaq mümkündür. Qeyd edək ki, yenidən havaya buraxılmış qazı istehsalatda istifadə etmək olar. Alimlərin sözlərinə görə, COF-999 digər analoqları ilə müqayisədə karbonu havadan 10 dəfə daha sürətli udur.

respublika-news.az

Faydalı linklər