Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


27 noyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Əbdürrəhim Quliyev “İkinci tərtib parabolik tənliklərin həllərinin bəzi keyfiyyət xassələri”mövzusunda məruzə edəcək.

Məruzədə ikinci tərtib parabolik tənliklərin fundamental həllərinin müəyyən xüsusi tip oblastlarda ikitərəfli qiymətləndirilməsi, mənfi olmayan həllərin artım tip xassələri, Dirixle məsələsinə nəzərən sərhəd nöqtəsinin regulyarlığının müxtəlif tip terminlərdə meyarları haqqında danışılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.