Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya işinin müdafiəsi keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 29 noyabr 2024-cü il tarixli iclasında  Könül Fail qızı Abdullayevanın “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorlar üçün spektral ayrılışların yığılması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər: f.-r.e.d., professor Həmidulla Aslanov, f.-r.e.n., dosent Valid Salmanov, r.f.d. Elmin Ağayev müsbət rəylərini səsləndirdilər.

Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvi professor Misir Mərdanov və dissertasiya Şurasının üzvlərindən AMEA-nın müxbir üzvi professor Bilal Bilalov, Nazim Kərimov, Yusif Məmmədov çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər