04/12/2024
04 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra şöbələrin cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə müdirləri iştirak ediblər.
İclasda «Qeyri-harmonik analiz», “Deformasiya olunan bərk cisim mexanikası” və“Siqnalların emalının riyazi problemləri”şöbələrinin 2024-cü il üzrə hesabatları təqdim olundu.
Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.