06/12/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 06 dekabr 2024-cü il tarixli iclasında Elvin Səxavət oğlu Rzayevin “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.
Rəsmi opponentlər: f.-r.e.d., professor Nazim Kərimov, f.-r.e.n., dosent Elvin Əzizbəyov, r.ü.f.d. Elçin İbadov müsbət rəylərini səsləndirdilər.
Dissertasiya Şurasının sədr müavini, r.e.d., professor Ədalət Axundov və dissertasiya Şurasının üzvlərindən AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov, AMEA-nın müxbir üzvü professor Bilal Bilalov, f.-r.e.d., professor Hidayət Hüseynov, f.-r.e.d., professor Nizaməddin İsgəndərov, f.-r.e.d., professor Vəli Qurbanov, f.-r.e.d., professor Alik Nəcəfov çıxış edərək iddiaçı və iş haqqında öz müsbət fikirlərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.