Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Ümuminstitut seminarında riyaziyyat üzrə elmlər doktoru Amanov Rabil “Bəzi kvazixətti elliptik və parabolik tənliklər üçün bəzi məsələlər haqqında” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə, cəmlənən sağ tərəfə malik ikinci və yüksək tərtib kvazixətti elliptik və parabolik tip tənliklər üçün bəzi sərhəd məsələləri uyğun Sobolev fəzalarında haqqında danışıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.